11:00 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. "Planet Parni iz Baku" teatrı konsert proqramları ilə çıxışını dayandırmağı planlaşdırır.
Bunu ABC.AZ-ın əməkdaşı ilə söhbətində teatrın və keçmiş "Şən və Hazırcavablar" (KVN) komandasının üzvü Azər Məmmədzadə deyib.
O bildirib ki, teatrın rəhbərliyi bu barədə müzakirələr aparır:
"Sonuncu konsertimiz olmalıdır, bundan sonra yəqin ki, artıq konsertlər keçirilməyəcək. Cabir İmanovun vaxtsız vəfatı hamımıza çox mənfi təsir etdi. Ona görə də teatr rəhbərliyinin belə qərar verəcəyini ehtimal edirəm". Keçmiş KVN-şik teatrın konsert verməyəcəyi halda, hansı işləri görəcəyini də açıqlayıb: ""Planet Parni iz Baku" həm də bir prodakşndı. Orada başqa layihələr də həyata keçirilir. Məsələn filmlər çəkilir, reklam rolikləri hazırlanır. Yəqin ki, bu işlərimiz bundan sonra da davam edəcək, amma konsertlər daha olmayacaq".
Müəllif: Elmir Muradov