Azərbaycanda 9 ayda ətraf mühitin mühafizəsi xərclərinin 72,8%-i icra edilib

11:10 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə 226 milyon manat xərclənib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 milyon manat və yaxud 4,9 % çoxdur.

Hesabat dövründə ətraf mühitin mühafizəsi xərclərinin 72,8 %-i icra edilib.