Gələn il yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq

10:50 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

"O cümlədən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat olacaq", - deyə komitə sədri əlavə edib. © Report