Planetin 9 həyati sistemindən 7-si təhlükə altındadır - PIK hesabatı

16:49 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. Potsdam iqlim dəyişikliyinin təsirlərini araşdırma İnstitutuna (Potsdam-Institut für Klimafolgenforschung - PIK) görə, kritik planetar sərhədlərin 9-dan 7-sinin (iqlim dəyişikliyi, biosferin məhv edilməsi, torpaq istifadəsi, şirin su, azot və fosfor dövrləri, kimyəvi maddələrə məruz qalma və okeanın turşlanması) həddi aşılıb.

ABC.AZ xəbər verir ki, yalnız aerozollarla çirklənmə və ozon qatının vəziyyəti təhlükəsiz həddə qalır. Alimlər xəbərdarlıq edirlər: hədlərin aşılması dəyişilməz pozuntular riskinə səbəb olur.

Yeni bir risk faktoru qeyd olunur — fosil yanacaqların yandırılması və meşələrin qırılması səbəbindən okeanların asidləşməsi. Bu, okeanların sabitləşdirici rolunu pozur, mərcanları, Arktik ekosistemləri və insan qida təhlükəsizliyi də daxil olmaqla bütün qida zəncirinə təsir edir.