Bakının iki universiteti dünyanın ən yaxşı ali məktəbləri sıyahısına daxil olub

12:17 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. Bakı Dövlət Universiteti və Xəzər Universiteti dünyanın ən nüfuzlu reytinqlərindən birinə düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə Avrasiya universitetlərinin Bakıda keçirilən sammitində bildirilib.

Reytinq “Times Higher Education” (THE) jurnalında dərc olunub. Bu barədə nəşrin nümayəndəsi Klara Spustek Bakıda keçirilən təhsil sammitində bildirib.

Qeyd edək ki, Avrasiyada universitetlərin sammiti sentyabrın 24-də Bakıda başlayıb. Forum iki gün davam edəcək. Sammitin konfrans və dəyirmi masalarında 300-dən çox insan iştirak edəcək.

Tədbirin əsas mövzuları ali təhsilin qloballaşması və Avrasiya qitəsi universitetləri arasında əməkdaşlıq potensialının artırılmasıdır.