Tələbə yataqxanaları ilə bağlı YENİLİK

10:33 - 11.09.2025


11 sentyabr, Fineko/abc.az. Tələbə yataqxanaları ilə bağlı uzunmüddətli konsepsiyalar hazırlanır.

ABC.AZ xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova deyib.

Onun sözlərinə görə, formalaşdırılan konsepsiyalar gələcəkdə sərmayədarların cəlb olunmasına və bu sahədə dayanıqlı əməkdaşlıqların qurulmasına da imkan yaradacaq: “Hazırda yataqxanalarla bağlı texniki-iqtisadi əsaslandırma işləri aparılır. Məqsədimiz tələbələrə müasir standartlara uyğun, rahat və təhlükəsiz yaşayış şəraiti təmin etməkdir”.

K.Abdulrəşidova bildirib ki, bu istiqamətdə əməkdaşlıqlara da başlayıblar: “Özəl şirkətlərdən biri ilə imzaladığımız Əməkdaşlıq Memorandumu xüsusi önəm daşıyır. Sənəd tələbə yataqxanalarının texniki və maliyyə əsaslandırılmasının hazırlanmasına hədəflənib. Biz bu əməkdaşlığı infrastrukturun yaxşılaşdırılması, eyni zamanda təhsilə investisiyanın artırılması kimi qiymətləndiririk”.