14:25 - 4.09.2025
4 sentyabr, Fineko/abc.az. 2024-cü ildə Su Bioresurslarının Artırılması Bərpası və Mühafizəsi Fondunun (SuBAF) gəlirləri 392 min manat, xərcləri isə 138 min manat olub.
ABC.AZ xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 91,2 % çox və 19 % çoxdur.
Ötən il SuBAF-ın gəlirlərinin hamısı əvvəlki il olduğu kimi birja əməliyyatlarından əldə olunub, xərclərinin isə hamısını əvvəlki il olduğu kimi maliyyə yardımları və sair transfer ödənişləri təşkil edib.