Bakı yaşayış xərclərinə görə şəhərlər reytinqində 340-cı yerdədir - Siyahı

11:40 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. Bu ilin I yarısında Bakı yaşayış xərclərinə görə şəhərlər reytinqində 340-cı yeri tutub.

ABC.AZ xəbər verir ki, bu dünyanın ən böyük məlumat bazalarından biri olan "Numbeo" resursunda dərc olunub. Reytinqdə aşağı sırada olmaq şəhərdə yaşayış xərclərinin daha münasib olduğunun göstəricisidir.

Müqayisə üçün qeyd edək ki, siyahıda Yerevan 257-ci, İstanbul 258-ci, Moskva 230-cu, Tbilisi isə 316-cı yerdə qərarlaşıb.

Hesabatda qeyd olunur ki, "yaşayış xərcləri indeksi" ərzaq məhsulları, restoran xidmətləri, nəqliyyat və kommunal xərclərin qiymətlərinə əsaslanır. Lakin bu indeks mənzil kirayəsi və ya ipoteka kimi yaşayış xərclərini əhatə etmir.

Müəllif: Elmir Murad