Göygöldə “II Moruq Festivalı” keçiriləcək

10:50 - 25.08.2025


25 avqust, Fineko/abc.az. Avqustun 30-31-də Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Göygöl rayonunda “II Moruq Festivalı” keçiriləcək.

ABC.AZ  nazirliyə istinadən xəbər verir ki, festival Göygöl rayonunun Keşkü kəndində baş tutacaq.

Həftəsonu hər gün saat 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünəcək. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkə biləcək, müxtəlif dequstasiya tədbirlərində iştirak edəcək, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyə biləcəklər.