Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

17:32 - 15.08.2025


15 avqust, Fineko/abc.az. Avqustun 15-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

ABC.AZ quruma istinadla xəbər verir ki,  hərracın nəticələrinə əsasən, xəzinə hesabının 400 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.