10:51 - 8.08.2025
8 avqust, Fineko/abc.az. Avqustun 13-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Zamin Bank”, “Texnika Bank”, “Günay Bank” və “Dəmi Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Bu barədə ABC.AZ-a bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Məlumata verilir ki, “Zamin Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv.metrlik, dəyəri 326 min manat olan 143,4 kv.metrlik və dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahələri, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 83 ünvanındakı dəyəri 115,420 manat olan 71,69 kv.metrlik mənzili, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvandakı dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsi, “Günay Bank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanındakı dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsi və “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki istifadədə olan, dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq.