Onlar dövlət hesabına xaricdə təhsil alacaq

10:27 - 29.07.2025


29 iyul, Fineko/abc.az. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələri müəyyən olunub.

ABC.AZ xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən 125 nəfər namizəd bakalavriat səviyyəsi üzrə, 19 nəfər namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə 144 nəfər Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanıb.

Dövlət Proqramı iştirakçıları dünyanın 33 nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar ki, bu ali təhsil müəssisələri sırasında “Stanford University”, “University of California, Berkeley”, “National University of Singapore”, “ETH Zurich”, “University of Cambridge”, “University of Oxford”, University of Hong Kong”, “Istanbul Technical University”, “Seoul National University” kimi nüfuzlu ali təhsil müəssisələri də yer alır.