"Azəriqaz" yenə iki böyük rayonun əhalisini qazsız qoyacaq

15:26 - 14.07.2025


14 iyul, Fineko/abc.az. Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

ABC.AZ xəbər verir ki, bu barədə  "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15-17 iyulda isə "Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması planlaşdırılır.