Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

12:40 - 9.11.2017


9 noyabr, Fineko/abc.az. Bu gün, noyabrın 9-da, Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

17 noyabr 2009-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi  haqqında sərəncam imzalamışdır.

Bayramın qeyd edilməsi günü təsadüfən seçilməyib. 9  noyabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı təsis edilmişdir. Xalq Cümhuriyyəti 1920-ci ilə qədər mövcud olmuşdur. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra, ölkə hökuməti bu bayrağı dövlət bayrağı qismində təsis etmişdir.