İtaliya-Azərbaycan Universitetinin binası nə vaxt açılacaq?

15:34 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabrına qədər açılacaq.

ABC.AZ xəbər verir ki, bunu İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib.

“Yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil alacaq. Bugünkü tədbir, həmçinin abituriyentləri bu təhsil müəssisəsinin potensialı ilə tanış etmək məqsədi daşıyır”, – o qeyd edib.