Azərbaycana məxsus gəmilər satışa çıxarılır

15:18 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. 13 fevral 2025 ci il tarixində saat 10:00-da təkrar hərraca çıxarılacaq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan su nəqliyyatı vasitələri haqqında məlumat açıqlanıb.

ABC.AZ xəbər verir ki, su nəqliyyat vasitələri 2-ci dəfə 5% endirimlə təkrar hərraca çıxarılır.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir. Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.