11:45 - 6.11.2017
6 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərracın keçirilməsini elan etdi.
Komitədən verilən məlumata əsasən, dekabrın ilk hərracı ayın 5-də keçiriləcək.
“Hərraca 111 obyekt, o cümlədən 19 səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisəsi və obyekti, həmçinin, 75 qeyri-yaşayış sahəsi təqdim ediləcək”, - məlumatda belə deyilir.
Hərracı onlayn rejimdə izləmək üçün növbəti linkə keçid alın: https://e-emdk.gov.az/eHerrac/Home/Presentation