Son 9 ayda daşınmaz əmlakın qeydiyyatı kəskin azalıb

11:40 - 21.10.2024


21 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269 702 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

ABC.AZ Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 % azdır.

9 aylıq göstəricinin 44 462-si (16,5 %) ilkin, 225 240-ı isə (83,5 %) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45 422-si fərdi yaşayış və bağ evi, 62 167-i mənzil, 152 594-ü torpaq sahəsi, 2 534-ü qeyri-yaşayış binası, 6 350-si qeyri-yaşayış sahəsi, 597-si əmlak kompleksi, 38-i isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 71 843-ü Bakının, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 203 056 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,35 % azdır.

Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 7,6 % azalaraq 56 730 olub.