17:50 - 27.08.2018
27 avqust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair sərəncam imzalayıb.
Sərəncama əsasən, 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsindən 3 milyon manat ayrılacaq.
Dövlət başçısı Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi üçün daha 7,9 milyon manat ayırıb və Şamaxı şəhərində ASAN mərkəzinin tikintisi üçün 5 milyon manat ayırmağı tapşırıb.