Şamaxıda “İqlim dəyişikliyinə qarşı mübarizədə dördüncü sənaye inqilabı texnologiyalarının rolu” tədbiri keçirilib

16:18 - 23.08.2024


23 avqust, Fineko/abc.az. Şamaxıda “29 iqlim danışıqları: COP29-a gedən yol” adlı tədbir keçirilib.

ABC.AZ xəbər verir ki, tədbir İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SIM) və Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə təşkil olunub.

Tədbir iqlim böhranı ilə mübarizədə texnologiyanın transformasiya potensialını araşdırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.