11:01 - 10.07.2024
10 iyul, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, müşavirədə son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işlərinin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Rayonlarda görülən təmir işlərininin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Xətai RİH-in başçısı Rafiq Quliyev, Yasamal RİH başçısı isə Elşad Həsənovdur.