14:17 - 24.05.2024
24 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti 7 milyon manat vergi borcunun olması ilə bağlı məsələyə aydınlıq gətirib.
ABC.AZ xəbər verir ki, sözügedən vəsait 2011-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış əsaslı vəsait qoyuluşu hesabına tikilmış obyektlər üzrə yaranmış borcdur.
Qeyd edək ki, bir neçə gün öncə Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Vergi Xidmətinə 6 991 660 manat borcunun olması barədə xəbər verilib.
Hazırda Dövlət Xidmətinin vergi borcu 6 573 687 manat təşkil edir.