11:16 - 22.05.2024
22 may, Fineko/abc.az. İyunun 13-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Muğan Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə ilk hərrac keçiriləcək.
ABC.AZ Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, hərraca 4 ədəd “Diebold Nixdorf DN 150D” markalı bankomat cıxarılacaq.
Əmlaklara ümumilikdə 92 000 manat qiymət qoyulub.