17:11 - 1.02.2024
1 fevral, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 9 fevral tarixində keçiriləcək hərraca "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan 1 fərdi yaşayış evi, 2 torpaq sahəsi və 8 qeyri-yaşayış sahəsi çıxarılacaq.
Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumatda bildirilir ki, iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.