Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi - Sərəncam

12:09 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.