Bu Bankın əmlakı satışa çıxarılır - Hərrac keçiriləcək

11:38 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. Noyabrın 2-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 245 min manat qiymət qoyulub.