Bu BOKT avtomobillərini dəyər-dəyməzinə satışa çıxaracaq

10:18 - 3.10.2023


3 Oktyabr, Fineko/abc.az. Oktyabrın 18-də saat 11:00-da təkrar hərraca çıxarılan “AqrarKredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, nəqliyyat vasitələri 3-cü dəfə 30% qiyməti aşağı salınmaqla hərraca çıxarılır.

Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.

Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (əmlaka baxış hər həftənin cümə günü saat 14:00-17:00).