14:16 - 31.08.2023
31 avqust, Fineko/abc.az. İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısı eyni zamanda Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə də Sərəncam verib.