16:22 - 2.08.2023
2 avqust, Fineko/abc.az. “Sumqayıt Tekstil” MMC-nin dövlət payının satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə “Sumqayıt Texnologiyalar Parkı” MMC qalib elan olunub.
ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, alqı-satqı müqaviləsinə uyğun olaraq, investor dövlət büdcəsinə 5 milyon manatın köçürülməsinə, həmçinin 2 il ərzində müəssisədə 9,1 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb.
Müsabiqə qalibi investisiya qoyuluşları nəticəsində müəssisədə 350 yeni iş yerinin yaradılmasını planlaşdırır.