11:28 - 3.07.2018
3 iyul, Fineko/abc.az. Elektrik enerjisinin əsas mənbəyi olan Mingəçevir SES-də transformatorlardan birinin sıradan çıxması ilə bağlı bu gün paytaxtda həmçinin su təchizatında da problemlər yaşanır.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Kür və Ceyranbatan su təmizləyici qurğularında suyun təmizlənməsi və təchizatı dayandırılıb.
“Su verilişi gün ərzində bərpa olunacaq”, - deyə A.Cəbrayıllı bildirib.
İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir Su Elektrik Stansiyasının transformatorlarından biri sıradan çıxmış, nəticədə bütün ölkə enerjisiz qalmışdır. Elektrik təchizatı qismən bərpa olunub.