22:42 - 19.06.2018
19 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 22 iyun 2018-ci il tarixində, saat 11:00-da Şəki şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qax, Şəki, Zaqatala, Oğuz və Balakən rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyənlər Şəki şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-735-35-77) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.