12:24 - 28.04.2022
28 aprel, Fineko/abc.az. Azərbaycanlı tələbə ABŞ-ın nüfuzlu universitetindən 122,320 dollar məbləğində illik təqaüd qazanıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşım edib.
Qeyd edilib ki, adıçəkilən şəxs ABŞ-ın Yuta Universitetinin birbaşa doktorantura pilləsinə qəbul olub.
O Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Xaqan Kərimovdur. X.Kərimov bundan sonra ABŞ-da kibertəhlükəsizlik üzrə təhsil alacaq. 2017-ci ildə 695 bala BANM-a qəbul olan X.Kərimov həm də Prezident təqaüdçüsü idi. Xaqan tələbə olduğu zaman da İrlandiyanın “Cyrex” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi (Penetration tester) vəzifəsində çalışıb.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026