Azərbaycan I yarımildə 13,3 milyon ton neft hasil edib

12:14 - 17.07.2026


17 iyul, Fineko/abc.az. Energetika Nazirliyinin 2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlarına əsasən, Azərbaycanda 13,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Hesabat dövründə hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG), 1,7 milyon tonu “Şahdəniz”, 0,3 milyon tonu “Abşeron” yatağının, 3,4 milyon tonu isə SOCAR-ın payına düşüb.

Cari ilin ilk 6 ayında ölkədən 10,5 milyon ton neft ixrac olunub ki, bunun da 9,5 milyon tonunu konsorsium, 0,7 milyon tonunu SOCAR, 0,3 milyon tonunu isə JOCAP təmin edib.

Qeyd edək ki, yarımil ərzində ölkədə gündəlik neft hasilatı orta hesabla 73 min ton (552 min barel), neftin emalı isə 2,9 milyon ton təşkil edib.