12:23 - 17.07.2026
17 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 25,4 milyard kubmetr təbii qaz hasil edilib.
Hasilatın yarıdan çoxu — 13,7 milyard kubmetri “Şahdəniz” yatağının payına düşdüyü halda, AÇG-dən 7,3 milyard, SOCAR üzrə 3,6 milyard, “Abşeron”dan isə 0,8 milyard kubmetr qaz əldə olunub.
Hesabat dövründə xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib.
İxrac coğrafiyasında liderliyi Avropa qoruyur (5,9 milyard kubmetr). Türkiyəyə 4,9 milyard kubmetr (o cümlədən TANAP-la 3 milyard kubmetr), Gürcüstana 1,2 milyard kubmetr, Suriyaya isə 0,7 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
15 İyul 2026
16 İyul 2026