17:30 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Ermənistanda iqtisadi vəziyyət Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı problemlərə görə pisləşəcək. Bu fikri politoloq Beniamin Matevosyan bildirib.
Onun sözlərinə görə, Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına idxalına qoyulan qadağalardan sonra Ermənistandan kənd təsərrüfatı məhsulları və çiçəklərin ixracı 74,5 faiz azalıb. 2025-ci ilin 1–30 iyun dövrləri 2026-cı ilin müvafiq dövrü ilə müqayisə edilib. "Bu, Ermənistanın qida təhlükəsizliyi yoxlama orqanının məlumatları ilə təsdiqlənir", – deyə Matevosyan bildirib.
O əlavə edib ki, Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk beş ayında Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 567 milyon dollar azalaraq 2,2 milyard dollara düşüb.
"Ermənistan iqtisadiyyatı üçün vəziyyət ancaq pisləşəcək, çünki Rusiya Federasiyasında nəinki məhdudiyyətlər aradan qaldırılmır, həm də "Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dondurulması" üzərində fəal müzakirə davam edir", — Matevosyan əlavə edib.
15 İyul 2026
16 İyul 2026