AÇG və "Şahdəniz" yataqlarından hasil edilən ümumi neft və qazın həcmi açıqlanıb

12:29 - 17.07.2026


17 iyul, Fineko/abc.az. Azərbaycanda energetika sektorunun onurğa sütununu təşkil edən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək 679,8 milyon tona yaxın neft (kondensatla birlikdə) və 529,6 milyard kubmetr qaz hasil edilib.

Rəsmi statistikaya əsasən, tarixi dövr ərzində təkcə AÇG-dən 625,6 milyon ton neft və 251,1 milyard kubmetr qaz hasil olunub.

 Ölkənin ən böyük qaz yatağı olan “Şahdəniz”dən isə bu vaxtadək 54,2 milyon tona yaxın kondensat və 278,5 milyard kubmetr təbii qaz hasil edilərək qlobal bazarlara çıxarılıb.