17:20 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu və onun tətbiqinə dair fərmanı təsdiqləyib.
Dəyişikliyə əsasən, Ələt azad iqtisadi zonasında tam istehsal olunmuş və ya kifayət qədər emal edilmiş yerli mənşəli malların həcminin azı 50%-nin ölkə hüdudlarından kənara ixrac edilməsi şərtilə, həmin malların zonadan əsas iqtisadiyyata (ölkə daxilinə) gətirilməsi rüsumlardan azad olunacaq.
Bu gömrük güzəşti müvafiq hüquqi şəxsin təsis olunduğu tarixdən etibarən 15 il müddətində qüvvədə olacaq və yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Fərmanla Nazirlər Kabinetinə güzəşt şamil ediləcək malların siyahısını və gətirilmə qaydasını üç ay müddətində müəyyən edərək dövlət başçısına məlumat vermək tapşırılıb.
15 İyul 2026
16 İyul 2026