"Wizz Air” bu tarixdə Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

11:06 - 17.07.2026


17 iyul, Fineko/abc.az. Bu ilin oktyabr ayından Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan “Wizz Air” Bratislava-Bakı-Bratislava marşrutu üzrə birbaşa reyslərə start verəcək.

Bu barədə  Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, Bakı aeroportu beynəlxalq uçuş şəbəkəsini ardıcıl şəkildə genişləndirərək sərnişinlər üçün daha çox seçim və daha əlçatan səyahət imkanları yaradır:

“Hazırda hava limanında fəaliyyət göstərən aviaşirkətlərin təxminən yarısını aşağıbüdcəli və hibrid biznes modeli ilə fəaliyyət göstərən aviadaşıyıcılar təşkil edir. Bu gün 20-yə yaxın aşağıbüdcəli və hibrid aviaşirkət Bakıdan 20-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirir. “Wizz Air”, “Pegasus Airlines”, “Air Arabia”, “Flydubai”, “Flynas” və digər aviadaşıyıcılar vasitəsilə sərnişinlər Budapeşt, Roma, İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə səyahət edə bilirlər. Müxtəlif tarif modelləri və çevik uçuş cədvəlləri fərqli büdcə və səyahət ehtiyaclarına uyğun seçim imkanı təqdim edir”.