Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 23% artıb

14:41 - 16.07.2026


16 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 131,7 milyon manat vəsait yönəldilib.

Bu barədə Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.

Ötən 6 ayda investisiya qoyuluşunun 41,4 %-i məhsul istehsalı sahələrinə, 13,1 %-i xidmət sahələrinə, 45,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 118,7 milyon manatı və yaxud 90,1 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 41,3 % çoxdur.