14:17 - 16.07.2026
16 iyul, Fineko/abc.az. "Bank VTB Azərbaycan" ASC 2026-cı ilin I yarısının maliyyə nəticələrini açıqlayıb və hesabata əsasən bankın mənfəətlilik və depozit göstəricilərində geriləmə qeydə alınıb.
Belə ki, cari ilin ilk altı ayında bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azalaraq 5,826 milyon manata enib (ötən il 6,319 milyon manat olub). Mənfəətin azalmasına əsas səbəb bankın gəlirlərinin illik müqayisədə 8,1% azalaraq 26,053 milyon manata düşməsi olub, xərclər isə cəmi 4% azalaraq 21,393 milyon manat təşkil edib.
Eyni zamanda, bankın öhdəlikləri 3,7% azalaraq 220,669 milyon manata, o cümlədən depozit portfeli kəskin şəkildə – 13,3% azalaraq 121,778 milyon manata düşüb. Digər tərəfdən, bankın aktivləri demək olar ki, dəyişməyərək (0,1% azalma ilə) 336,851 milyon manat təşkil edib ki, bunun da 247,35 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Kredit portfelinin son 1 ildə 19,8% böyüməsi və balans kapitalının 7,7% artaraq 116,164 milyon manata çatması isə hesabatın əsas müsbət məqamlarındandır.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026