17:09 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Azərbaycanın aparıcı korporativ bankı "PAŞA Bank" ASC 2026-cı ilin I yarısının maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə bank əsas biznes istiqamətləri üzrə artım nümayiş etdirsə də, xalis mənfəətində azalma qeydə alınıb.
Məlumata görə, cari ilin yanvar-iyun aylarında bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalaraq 67,747 milyon manat təşkil edib. Mənfəətin azalmasına əsas səbəb bankın mümkün zərərlər üçün xüsusi ehtiyatlara ayırmalarının 3 dəfə artaraq 36,826 milyon manata yüksəlməsi olub. Bu dövrdə bankın gəlirləri 401,821 milyon manat, xərcləri isə 276,873 milyon manat təşkil edib.
Bununla belə, bankın əsas əməliyyat göstəricilərində güclü böyümə qeydə alınıb:
Aktivlər: İllik müqayisədə 6,2% artaraq 9 milyard 522,354 milyon manata çatıb.
Kredit portfeli: Müştərilərə verilmiş xalis kreditlər son 1 ildə 9,1% böyüyərək 3 milyard 490,443 milyon manat olub.
Depozitlər: Bankdakı depozit portfeli 7,6% artaraq 7 milyard 216,161 milyon manata yüksəlib (ümumi öhdəliklər 7,3% artaraq 8,6 milyard manat təşkil edib).
Kapital: Nizamnamə kapitalının 5,3% (373,17 milyon manatadək) artırılmasına baxmayaraq, balans kapitalı 3,4% azalaraq 921,646 milyon manat olub.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026