10:29 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 21 bankın 2026-cı ilin ikinci rübü üzrə açıqladığı maliyyə hesabatlarına əsasən, sektorun ümumi xalis mənfəəti 728.8 milyon manata çatıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 150.5 milyon manat və ya 26% çoxdur. Ən yüksək xalis mənfəət yenə də ABB-yə məxsus olub.
İkinci yerdə 221.8 milyon manat xalis mənfəətlə Kapital Bank, üçüncü yerdə isə 67.7 milyon manatla PAŞA Bank qərarlaşıb. İlk beşliyi 34.5 milyon manat mənfəətlə Bank Respublika və 28.1 milyon manatla AccessBank tamamlayır.
İlk beş bank arasında ən böyük illik artım ABB-də qeydə alınıb. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 95.1 milyon manat və ya 61.2% artıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026