12:06 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Məhdudiyyətlərin tətbiq olunduğu dörd il ərzində ABŞ şirkətləri təxminən 200 milyard dollar itirib.
Bunu Rusiyadakı Amerika Ticarət Palatasının (AmCham) rəhbəri Robert Eyci bildirib.
Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların başlanmasından dərhal sonra Rusiyada fəaliyyət göstərən Qərb iş adamları arasında çaşqınlıq və panika yaranıb. Lakin AmCham şirkətləri sakitliyi qorumağa və tələsik qərarlar verməməyə çağırıb.
Eyci qeyd edib ki, Qərb şirkətləri Rusiya bazarını tərk etməyə can atmayıblar. Bu bazar onlar üçün cəlbedici, sabit və sürətlə inkişaf edən olaraq qalır. Bundan əlavə, Rusiya Mərkəzi və Orta Asiya ölkələri ilə əlaqələrin qurulması üçün əlverişli imkanlar təqdim edir.
“Bu səbəbdən ABŞ şirkətləri üçün Rusiyada istehsalın lokallaşdırılması, zavod və fabriklərin qurulması həmişə vacib olub. Məsələn, şirkətlərimizdən birinin bu gün Rusiyanın müxtəlif regionlarında 12 müəssisəsi fəaliyyət göstərir”, — deyə AmCham rəhbəri əlavə edib.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026