11:26 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Gənclər və İdman Nazirliyi Xankəndi şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə bağlı yeni tender müqaviləsi imzalayıb.
Dövlət satınalmaları reyestrinin məlumatlarına əsasən, stadionda smetada nəzərdə tutulmayan əlavə təmir və yenidənqurma işlərinin satın alınması “Planet Construction” MMC-yə həvalə edilib.
Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi dəyəri 2 154 829 manat təşkil edir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026