"Kəpəz BOKT"un 1 milyon manatlıq istiqraz yerləşdirilməsi uğurla yekunlaşıb

19:59 - 14.07.2026


14 iyul, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) "KƏPƏZ BOKT" MMC-nin ümumi dəyəri 1 000 000 manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən verilən məlumata görə, iyulun 14-də baş tutan hərrac zamanı emissiya tam həcmdə yerləşdirilib.

Hər birinin nominal qiyməti 100 manat olan 10 000 ədəd istiqraz üzrə 50 investordan 50 sifariş daxil olub. İllik gəlirliliyi 15%, tədavül müddəti 24 ay olan qiymətli kağızlar üzrə faiz ödənişləri hər ay həyata keçiriləcək. Hərracın nəticələri birjanın daxili qaydalarının tələblərinə cavab verdiyi üçün bu istiqrazlar Standart Bazar Listinq seqmentinə daxil edilib. Prosesin anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.