17:05 - 6.05.2026
6 may, Fineko/abc.az. "Bakı Fond Birjası" QSC-nin (BFB) yenilədiyi "Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları" bu gündən qüvvəyə minib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, yenilənmiş qaydalar kapital bazarlarında daha çox şəffaflıq, yeni imkanlar və beynəlxalq standartlara uyğunluğu təmin edir.
Əsas dəyişikliklərə əsasən, listinq tələbləri təkmilləşdirilib – bazarın inkişafı və likvidlik artırılıb, Yeni "İnkişaf Bazarı" seqmenti yaradılıb - real sektor şirkətləri üçün yeni imkanlar təqdim edilib, açıqlanma tələbləri gücləndirilib – daha şəffaf məlumat axını təmin edilib, delistinq prosedurları dəqiqləşdirilib – investorların maraqları qorunub.
11 İyul 2026