15:13 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən, bu il iyunun 1-nə ölkədə geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi ötən ilin eyni dövrünə nisbətən 6,6% (3,2 milyard manat) artaraq 51,500 milyard manata (təxminən 30,3 milyard dollar) çatıb.
Hesabat dövründə milli valyutada pul kütləsinin (M2 aqreqatı) həcmi illik müqayisədə 17,3% artaraq 41,962 milyard manat, əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı) ise 15,1% yüksələrək 32,642 milyard manat təşkil edib.
AMB-nin məlumatına görə, əhalinin və biznesin nağd pula olan tələbatının artması fonunda banklardan kənarda olan nağd pul kütləsinin (M0 aqreqatı) həcmində də ciddi aktivlik qeydə alınıb; belə ki, bu göstərici illik müqayisədə 16,7% sıçrayışla 18,885 milyard manata (təxminən 11,1 milyard dollar) yüksəlib.
15 İyul 2026
16 İyul 2026