16:51 - 16.01.2025
16 yanvar, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 37 milyon manatlıq müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 37 230 106 manatdır.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026