16:56 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Avropa Komissiyası sənaye dekarbonizasiyası üçün maliyyəni artırmağı və emissiya ticarət sistemində (ETS) kvotaların azaldılmasını yavaşlatmağı planlaşdırır. İqlim üzrə avrokomissar Vopke Hukstra bildirib ki, sistemin gəlirlərinin əhəmiyyətli hissəsi müəssisələrin modernləşdirilməsinə yönəldiləcək.
Təklif olunur ki, Avropa İttifaqı ölkələri ETS-dən əldə olunan illik gəlirlərin (təxminən 24 milyard avro) ən azı yarısını sənayenin dəstəklənməsinə yönəltsin. Həmçinin kvotaların verilməsinin 2039-cu il əvəzinə 2040-cı illərin ortalarına qədər uzadılması və onların azaldılması tempinin ləngidilməsi planlaşdırılır.
Avropa Komissiyasında vurğulanır ki, bu addımlar iqlim hədəflərinə nail olunmasına mane olmayacaq. Təkliflər hələ Avropa İttifaqı ölkələri və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
15 İyul 2026
16 İyul 2026