"Qırmızı qızıl" 15 000 dollara yaxınlaşır  — Mis qiymətlərində həddindən artıq bahalaşma xəbərdarlığı

11:08 - 10.09.2026


10 Sentyabr, Fineko/abc.az. London Metal Birjasında (LME) misin qiyməti ardıcıl 11 həftəlik rekord artımla ton üçün 15 000 dollar həddinə dayanıb.

Qiymətlərin kəskin yüksəlməsinə ABŞ-a iri həcmdə metal axını, dolların zəifləməsi və məlumat mərkəzlərindən (Data Center) gələn yüksək tələbat ehtimalı təkan verib.

Lakin maliyyə analitikləri bazarda risklərin kəskin artdığını bildirirlər. "Natixis" bankının analitiki Bernar Darda  dərc etdiyi hesabatda qiymətlərin kəsnin süni artımı riskinə diqqət çəkib.

O qeyd edib ki, mövcud qiymət artımı real istehlak tələbindən daha çox spekulyativ kapital və ABŞ-dakı idxal arbitrajı imkanları hesabına formalaşır. Eyni zamanda, ABŞ-da FED-in faiz artımı ehtimalı bazarlar üçün əlavə təzyiq yaradır.